Oktyabrın 3-də UEFA Çempionlar Liqasında ikinci turun növbəti oyunları keçirilib. NUHÇIXAN xəbər verir ki, C qrupda Fransanın PSJ klubu doğma meydanda Serbiyanın "Crevena Zvezda" klubunu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (6:1). Qrupun digər oyununda İtaliyada "Napoli" klubu İngiltərənin "Liverpul" komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. D qrupunda Rusiyanın "Lokomotiv" komandası Almaniyanın "Şalke" klubunu qəbul edib. Matç qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda Türkiyənin "Qalatasaray" klubu Portuqaliyanın "Porto" komandasının qonağı olacaq.