Volkan Dəmirəl Türkiyə klubunun baş məşqçisi olub

A- A A+

Türkiyənin "Hatayspor" klubunun yeni baş məşqçisi açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi yerli mətbuata istinadən xəbər verir ki, komanda Türkiyə millisinin sabiq qapıçısı Volkan Dəmirələ tapşırılıb.

41 yaşlı mütəxəssislə imzalanacaq müqavilənin detalları hələlik bəlli deyil. Demirel bu postda Serkan Özbaltanı əvəzləyib.

Qeyd edək ki, Volkan Dəmirəl son olaraq "Fatih Karagümrük"ün baş məşqçisi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: