“Barselona” klubu növbəti mövsüm üçün gözlənilməz forma rəngi seçib

A- A A+

İspaniyanın “Barselona” futbol klubu növbəti mövsüm üçün gözlənilməz forma rəngi seçib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kataloniya klubunun 2023-2024-cü il mövsümü üçün səfər forması ağ rəngdə olacaq. Klubun prezidenti Joan Laporta və İdarə Heyətinin üzvləri artıq bunu təsdiqləyiblər.

Bundan əlavə, formada 70-ci illərin klub embleminə bənzər retro emblem də yer alacaq.

“Barselona” sonuncu dəfə 1977-1978-ci il mövsümündə ağ formada çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: