Azərbaycanın U-16 komandası türk həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək

A- A A+

On altı yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 21-dən 25-dək Bakıda, 26-dan 30-dək isə Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışı olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, millimiz hazırlıq çərçivəsində sentyabrın 27-də və 29-da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: