Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, millimiz noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, milli komandamız noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda Moldova seçməsi ilə görüşəcək.