Futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Araz” bu gün əsas mərhələdə ikinci oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, ölkə çempionu Maltanın “Valletta” komandası ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 17:30-da başlayacaq oyunu Sven Eşler (Almaniya), Kamil Çetin (Türkiyə) və İvan Şabanovdan (Rusiya) ibarət hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, ilk oyunda “Araz” Litva çempionu “Vytis” komandasına 0:1 hesabı ilə məğlub olub.