UEFA Millətlər Liqası: Slovakiya millisi ilə oyunda Azərbaycan yığması fasiləyə üstün yollanıb

233

UEFA Millətlər Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində keçirilən Slovakiya - Azərbaycan oyununda birinci hissə başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda keçirilən matçın 44-cü dəqiqəsində millimizin üzvü Renat Dadaşov hesabı açıb. İlk hissə yığmamızın üstünlüyə ilə yekunlaşıb – 1:0.

Görüşü Uilyam Kollamın başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edir.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də altıncı - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 13 xalla qrup lideri kimi B Liqasına vəsiqə qazanıb. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: