Millətlər Liqası: İtaliya İngiltərəni, Almaniya Macarıstanı qəbul edəcək

A- A A+

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində V turun digər oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma oynanılacaq.

A Liqasının 3-cü qrupunda Almaniya Macarıstanı, İtaliya isə İngiltərəni qəbul edəcək. Bu qrupda yalnız britaniyalılar qrup lideri olmaq şansını itirib. İngiltərə yığması İtaliyaya uduzacağı təqdirdə B Liqasına düşəcək. Macarlar qələbə sayəsində dördlər finalına vəsiqə əldə edə bilər. Bunun üçün İtaliyanın xal itirməsi lazımdır.

B Liqasının 3-cü qrupunda Bosniya və Herseqovina Monteneqro ilə, Finlandiya isə Rumıniya ilə üz-üzə gələcək. Bosniya və Herseqovina rəqibini məğlub etsə, A Liqasına yüksələcək.

Gürcüstan millisi C Liqasının 4-cü qrupunda Şimali Makedoniyanı, Bolqarıstan isə Cəbəllütariqı sınağa çəkəcək. Gürcüstan seçməsi rəqibinə uduzmasa, B Liqasında yerini təmin edəcək.

Nəhayət, D Liqasında Estoniya Maltanı qəbul edəcək. Meydan sahiblərinə C Liqasına yüksəlmək üçün heç-heçə də kifayət edəcək.

UEFA Millətlər Liqası
V tur
23 Sentyabr

A Liqası

3-cü qrup

22:45. Almaniya - Macarıstan

22:45. İtaliya - İngiltərə

Xal durumu: Macarıstan - 7, Almaniya - 6, İtaliya - 5, İngiltərə - 2

B Liqası

3-cü qrup

22:45. Bosniya və Herseqovina - Monteneqro

22:45. Finlandiya - Rumıniya

Xal durumu: Bosniya və Herseqovina - 8, Monteneqro - 7, Finlandiya - 4, Rumıniya - 3.

C Liqası

4-cü qrup

20:00. Gürcüstan - Şimali Makedoniya

22:45. Bolqarıstan - Cəbəllütariq

Xal durumu: Gürcüstan - 10, Şimali Makedoniya - 7, Bolqarıstan - 3, Cəbəllütariq - 1.

D Liqası

2-ci qrup

20:00. Estoniya - Malta

Xal durumu: Estoniya - 6, Malta - 6, San marino - 0

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: