Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

A- A A+

Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandalarının sentyabrın 27-də İtaliyanın Montesilvano şəhərində start götürəcək Avropa birinciliyi üçün heyəti açıqlanıb.

Federasiyadan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 8 gün davam edəcək yarışda 12 idmançı mübarizə aparacaq.

Oğlanlardan ibarət kollektiv birincilikdə baş məşqçi Vaqif Kazımov və məşqçi Ağası Məmmədovun rəhbərliyi altında 7 boksçu ilə təmsil olunacaq. Məşqçilər korpusu Montesilvanoda Faiq Mollayev (46 kq), Bilalhabasi Nəzərov (48 kq), Tağı Nəsibov (50 kq), İbrahim Zeynalov (52 kq), Məhəmmədəli Aşurəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənova (66 kq) şans verəcək.

Qızlardan ibarət milli komanda isə yarışa baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında qatılacaq. Qitə birinciliyində Azərbaycanın idman şərəfini Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (48 kq), Aynur Mikayılova (50 kq), Qızbəs İsgəndər (54 kq) və Emili Rzayeva (70 kq) qoruyacaqlar.

Avropa birinciliyində ədalət təmsilçiləri sırasında Anar Babanlı da yer alacaq.

Səfərə yollanan boksçular oktyabrın 7-də Vətənə qayıdacaqlar. Ağası Məmmədov, İbrahim Zeynalov, Emili Rzayeva, Nərmin Əlizadə və Anar Babanlı isə İtaliyaya sentyabrın 25-də gedəcəklər.

Qeyd edək ki, yarışın püşkü sentyabrın 26-da atılacaq. Final döyüşləri oktyabrın 4-də olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: