Şahruddin Məhəmmədəliyev UEFA Millətlər Liqasının ən yaxşı qapıçıları sırasında yer alır

A- A A+

Futbol üzrə Azərbaycan millisinin oyunçusu Şahruddin Məhəmmədəliyev UEFA Millətlər Liqasının ən yaxşı qapıçıları sırasında yer alır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, UEFA-nın statistikasına əsasən, Ş.Məhəmmədəliyev ən çox seyv edən qapıçılar sırasında 4-cü yeri tutur. O, 5 oyunda 17 dəfə top qaytara bilib.

İlk pilləni isə Qazaxıstan millisinin qapıçısı İqor Şatskix tutur - 5 matç, 21 seyv.

İkinci yerdə Antoni Moris (Lüksemburq, 5 oyun, 17 seyv), üçüncü yerdə Benyamin Byühel (Lixtenşteyn, 5 oyun, 18 seyv) qərarlaşıb.

İlk beşliyi İtaliya millisinin qapıçısı Canluici Donnarumma tamamlayıb (4 oyun, 16 seyv).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: