Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

A- A A+

Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 6-da Latviyanın paytaxtı Riqada start götürəcək Olimpiya çəkiləri üzrə Avropa çempionatı üçün heyəti müəyyənləşib.

Federasiyadan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 2 gün davam edəcək yarışda yığmanın 6 üzvü mübarizə aparacaq.

Azərbaycanı qitə çempionatında baş məşqçi Məmməd Abdullayevin rəhərliyi altında Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) təmsil edəcəklər.

Milli komanda artıq turnirin hazırlığına başlayıb. Federasiyanın idman zalında təşkil olunan təlim-məşq toplanışı oktyabrın 3-də başa çatacaq. Komanda Riqaya oktyabrın 4-də yollanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: