Futbol üzrə millimiz bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq

A- A A+

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunun altıncı turunda Qazaxıstan yığmasını qəbul edəcək. "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.

Hazırda 13 xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: