UEFA Millətlər Liqası: Azərbaycan - Qazaxıstan oyunu başlayıb

A- A A+

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunun altıncı turunda Qazaxıstan yığmasını qəbul edir.

Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bədavi Hüseynov, Filip Ozobiç və Ozan Can Kökcü yer alıblar.

Qazaxıstan seçməsinin heyətində meydana İqor Şatski, Nuralı Alip, İslambek Kuat, Abılayxan Jumabek, Aslan Darabayev, Elxan Astanov, Baqdat Kairov, Timur Dosmaqambetov, Ramazan Orazov, Marat Bıstrov və Aleksandr Maroçkin çıxıblar.

"Dalğa Arena"da oynanılan qarşılaşmanın baş hakimi almaniyalı Harm Osmersdir.

Hazırda 13 xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: