İranlı şahmatçı: Naxçıvan şahmat üçün münbit yerdir

A- A A+

İlk dəfədir ki, Naxçıvanda təşkil olunan şahmat festivalında iştirak edirəm. Burada şahmat idman növünün inkişafı üçün hər cür şərait yaradılıb.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində “Naxçıvan–2018” Beynəlxalq Şahmat Festivalında iştirak edən İran təmsilçisi, beynəlxalq usta Əlirza Firuzca deyib.

Əlirza Firuzca festivalın yüksək səviyyədə təşkil olunduğunu, şahmatçıların rahatlığı üçün hər cür şərait yaradıldığını vurğulayıb.

“Xüsusilə qeyd etmək istərdim ki, turların keçirildiyi Şahmat Mərkəzində çox gözəl şərait var. Naxçıvan şəhəri də biz şahmatçılar üçün əlverişli məkandır, çünki burada təmiz hava, gözəl təbiət və sakitçilik var. Bu mənada burada beynəlxalq şahmat festivallarının keçirilməsi təsadüfi deyil”, – deyən Əlirza Firuzca gələcəkdə təşkil olunacaq növbəti festivallarda da iştirak etmək istədiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: