Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Araz” klubu əsas mərhələdə ikinci oyununu keçirib. NUHÇIXAN xəbər verir ki, ölkə çempionu Maltanın “Valletta” klubu ilə heç-heçə edib – 1:1. Komandamızın heyətində Xətai Bağırov fərqlənib. “Araz” qrupda sonuncu oyununu oktyabrın 6-da Bakı vaxtı ilə saat 20:00-da “Luçenec” komandasına qarşı keçirəcək. Qeyd edək ki, “Araz” birinci oyunda Litva çempionu “Vytis” komandasına 0:1 hesabı ilə məğlub olub.