UEFA Avropa Liqası: "Milan" avrokuboklar tarixində 200-cü qələbəsini qazanıb

A- A A+

Oktyabrın 4-də UEFA Avropa Liqasının ikinci turunun növbəti oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, İtaliyanın F qrupunda yer alan "Milan" klubu "San Siro" stadionunda Yunanıstanın "Olimpiakos" komandasını qəbul edib. Oyunun favoriti sayılan milanlılar ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq hesabı yunanlar açıb. Leonardo Koutrisin cinah ötürməsini Guerero dəqiq baş zərbəsi ilə tamamlayıb - 0:1. Fasiləyə qədər hesab dəyişilməmiş qalıb.

Qarşılaşmanın ikinci hissəsində "Milan" klubunun hücumçusu Qonsalo Hiquayin qapıçı ilə təkbətək qalsa da rəqibin qolkiperi inamlı oynayıb. Matçın 70-ci dəqiqəsində "rossoneri"lər uzun sürən təzyiqdən sonra hesabı bərabərləşdirməyə nail olublar. Bu dəfə də qol cinah ötürməsindən sonra baş tutub. Belə ki, Rikardo Rodriqezin ötürməsini Patrik Kutrone baş zərbəsi ilə yekunlaşdırıb - 1:1. Qoldan altı dəqiqə sonra milanlılar yenidən fərqlənib. Qonsalo Hiquayin fərdi ustalığı sayəsində iki müdafiəçinin arasından qapıya dəqiq zərbə vurub - 2:1. Oyunda son nöqtəni yenidən Patrik Kutrone qoyub - 3:1. Görüş 3:1 hesabı ilə "Milan" klubunun qələbəsi ilə başa çatıb. Beləliklə, "Milan" avrokuboklar tarixində 200-cü qələbəsin qazanıb.

F qrupunda italyanlar ardıcıl ikinci qələbələrini qazanıblar. İlk turda Genaro Qatuzonun yetirmələri səfərdə "Dudelanc" komandasın məğlub edib (1:0). Bu qrupun digər oyununda "Real Betis" "Dudelanc" klubunun qapısından üç cavabsız top keçirib.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"A" qrupu

"Bayer Leverkuzen" - AEK - 4:2

"Cürix" - "Ludaqorec" - 1:0

"B" qrupu

"Rosenborq" - "Leypziq" - 1:3

"Zalzburq" - "Seltik" - 3:1

"C" qrupu

"Bordo" - "Kopenhagen" - 1:2

"Zenit" - "Slaviya Praga" - 1:0

"D" qrupu

"Anderlext" - "Dinamo Zaqreb" - 0:2

"Fənərbaxça" - "Sparta Trnava" - 2:0

"E" qrupu

"Qarabağ" - "Arsenal" - 0:3

"Vorskla" - "Sportinq" - 1:2

"G" qrupu

"Qlazqo Reyncers" - "Rapid Vyana" - 3:1

"Spartak Moskva" - "Vilyareal" - 3:3

"H" qrupu

"Apallon Limassol" - "Marsel" - 2:2

"Ayntraxt" - "Lazio" - 4:1

"İ" qrupu

"Malmö" - "Beşiktaş" - 2:0

"Sarpsborg 08" - "Genk" - 3:1

"J" qrupu

"Krasnodar" - "Sevilya" - 2:1

"Standard Leqiya" - "Akhisarspor" - 2:1

"K" qrupu

"Astana" - "Renn" - 2:0

"Yablonec" - "Dinamo Kiyev" - 2:2

"L" qrupu

BATE - PAOK - 1:4

"Çelsi" - "Vidi" - 1:0.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: