Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, A, B və C Liqalarında keçiriləcək 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olacaq.
A Liqasının 2-ci qrupunda Portuqaliya və İspaniya 1-ci yer, İsveçrə ilə Çexiya isə aşağı diviziona düşməmək uğrunda mübarizə aparacaq. Bu duellərdə Portuqaliya və İsveçrəni heç-heçə də qane edəcək. İspaniya və Çexiya isə mütləq qələbə qazanmalıdır.
B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edəcək. Nominal meydan sahibləri A Liqasına və pley-offa adlamaq üçün rəqibini məğlub etməlidir.
İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş baş tutacaq. İslandiya səfərdə Albaniyanın qonağı olacaq.
4-cü qrupda Norveç yığması evdə Serbiya ilə qarşılşacaq. Hazırda hər iki kollektiv 10 xala malik olsa da, Skandinaviya təmsilçisi şəxsi oyunlarda üstünlüyü malik olduğundan ilk pillədə qərarlaşıb. Odur ki, serbiyalılar səfərdə mütləq qalib gəlməlidirlər. Qrupun digər matçında Sloveniya səfərdə İsveçlə qarşılşacaq. B Liqasında qalmaq üçün qonaqlara heç-heçə də kifayət edəcək.
Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni ötən tur təmin edən Yunanıstan seçməsi Şimali İrlandiyanı, Kosovo isə Kipri sınağa çəkəcək. Burada əsas mübarizə 3 komanda arasında C Liqasında qalmaq uğrunda gedəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur
27 sentyabr
A Liqası
2-ci qrup
22:45. Portuqaliya - İspaniya
22:45. İsveçrə - Çexiya
Xal durumu: Portuqaliya - 10, İspaniya - 8, İsveçrə - 6, Çexiya - 4
B Liqası
22:45. Ukrayna - Şotlandiya
22:45. İrlandiya - Ermənistan
Xal durumu: Şotlandiya - 12, Ukrayna - 10, İrlandiya - 4, Ermənistan - 3
2-ci qrup
22:45. Albaniya - İslandiya
Xal durumu: İsrail - 8, İslandiya - 3, Albaniya - 1, Rusiya* - 0
4-cü qrup
22:45. İsveç - Sloveniya
22:45. Norveç - Serbiya
Xal durumu: Norveç - 10, Serbiya - 10, Sloveniya - 5, İsveç - 3
C Liqası
2-ci qrup
22:45. Yunanıstan - Şimali İrlandiya
22:45. Kosovo - Kipr
Xal durumu: Yunanıstan - 12, Kosovo - 6, Şimali İrlandiya - 5, Kipr - 5.