Çempionatın lideri bu gün “Sumqayıt-2”ni qəbul edəcək

A- A A+

Futbol üzrə Azərbaycan I Divizionunun 5-ci turu çərçivəsində “Araz-Naxçıvan” ilə Sumqayıt-2” komandaları qarşılaşacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş Naxçıvan Muxtar Respublika Stadionunda saat 15:30-da başlayacaq.

Xatırladaq ki, “Araz-Naxçıvan” klubu çempionatın ötən 4 turunda maksimum nəticə göstərib. Naxçıvan təmsilçisi rəqib qapılarına 15 dəfə yol tapıb. 4 oyuna qapısından 2 top buraxan “qırmızı-ağlar” 12 xalla turnir cədvəlinə başçılıq edir.

Sumqayıt təmsilçisi isə hazırkı nəticəyə əsasən çempionatda 13-cü yerdə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: