İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb

A- A A+

İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, futbolçu buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turunun oyununda müvəffəq olub.

Matçın 61-ci dəqiqəsində penaltini dəf edən Sommer ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.

Təcrübəli oyunçu 2020-ci ilin noyabrından penaltilərin qolla nəticələnməsinə imkan verməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: