Gənclər “Liderlik düşərgəsi”ndə iştirak edirlər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində “Gənclərin liderlik düşərgəsi” keçirilir. Düşərgədə ümumilikdə 30 gənc iştirak edir. Məqsəd gənclərin idarəetmə və liderlik bacarıqlarını inkişaf etdirməkdir.

Ağbulaq İstirahət Mərkəzində qarşılanan düşərgə iştirakçıları keçiriləcək təlim və tədbirlər barədə əvvəlcədən təlimatlandırılıb və zəruri vəsaitlərlə təmin olunublar. 

Gənclər Bakı şəhərindən dəvət olunan təlimçi Fəxri Məhəmmədzadənin təqdimatında “Effektiv komanda işi”, eyni zamanda “Liderlik və təsirli ünsiyyət” təlimlərində iştirak ediblər. Həmçinin təlimlərdə əldə edilən biliklər intellektual oyunlar vasitəsilə möhkəmləndirilir.

Qeyd edək ki, düşərgə “Məntiqli düşüncə sənəti” və “Zamanın idarə olunması” kimi motivasiya xarakterli təlimlər, müxtəlif intellektual oyunlar, seminarlar və panel müzakirələrlə davam etdirilir.

Düşərgənin sonunda təlimlərdə fəal iştirak edən gənclərə sertifikatlar təqdim ediləcək.

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: