“Araz-Naxçıvan” çempionatda 5-də 5 edib

259

Futbol üzrə Azərbaycan I Divizionunun V turu çərçivəsində “Araz-Naxçıvan”  “Sumqayıt-2”ni qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən görüşdə “Araz-Naxçıvan” Sumqayıt təmsilçisi üzərində 4-0 hesablı qələbə qazanıb.

Hesab oyunun 27-ci dəqiqəsində açılıb. Ev sahibinin heyətində Orxan Əliyev fərqlənib. Bundan sonra da hücumlarını davam etdirən “qırmızı-ağlar” Orxan Əliyevlə 42-ci dəqiqədə hesabı 2-0 edib. Görüşün 44-cü dəqiqəsində qonaqlar yenidən mərkəzə dəvət edilib. Bu dəfə Fərid Kərimzadə fərqlənib: 3-0. İlk hissə bu hesabla yekunlaşıb.

İkinci hissədə də oyuna nəzarəti ələ alan “Araz-Naxçıvan” 64-cü dəqiqədə hesabı 4-0 edib. Orxan Əliyev fərqlənməklə het-trikini rəsmiləşdirib. Oyun bu hesabla yekunlaşıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” I Divizionda ötən 5 oyunda 5 qələbə qazanaraq hazırda 15 xalla turnir cədvəlinin lideridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: