Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən badminton klubunun təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən badminton klubunun təqdimat mərasimi keçirilib.

Ali təhsil müəssisəsində keçirilən görüşdə universitetin rektoru Elbrus İsayevNaxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər və idman siyasətindən danışıblar. Qeyd edilib ki, bu sahədə aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz bir sıra idman yeniliklərinə imza atıb, Azərbaycanda böyük idman infrastrukturu yaradılıb, respublikamız dünyada idman ölkəsi kimi tanınmağa başlayıb.

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov federasiyanın 1962-ci ildə Bakı şəhərində yaradıldığını, 1996-cı ildə isə yenidən təsis edildiyini qeyd edib. Bildirib ki, Azərbaycan Badminton Federasiyası 1998-ci ildən Beynəlxalq Badminton Federasiyasının və Avropa Badminton Federasiyasının üzvüdür. "Naxçıvan Dövlət Universitetində badminton klubunun yaradılması bu idman növünün kütləviliyinə nail olmaq məqsədi daşıyır,- deyə qeyd edən Taleh Ziyadov vurğulayıb ki,  Naxçıvan Muxtar Respublikasında badminton ənənəsi artıq 30 ildir ki, mövcuddur və yeni yaradılan klub bu idman növünün daha sistemli inkişafına zəmin yaradacaq.

Sonra badminton üzrə “Level-1” məşqçilik kurslarını bitirən fiziki tərbiyə müəllimlərinə və tələbələrə sertifikatlar təqdim olunub.

Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: