Naxçıvanda “Kütləvi futbol həftəsi” layihəsi həyata keçirilib - FOTOLAR

A- A A+

Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) üzv olan dövlətlərdə uşaq futbolu ilə bağlı tətbiq olunan “Grassroots week” proqramına əsasən “Kütləvi futbol həftəsi” layihəsinə start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı və Naxçıvan Futbol Federasiyasının “Araz-Naxçıvan” klubunun birgə dəstəyi ilə Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən festivalda 80 uşaq iştirak edib, futbol oynayıb, əyləncəli vaxt keçirib. Turnirdə iştirak edən komandalar simvolik olaraq işğaldan azad edilmiş şəhər və rayonlarımızın adları ilə adlandırılıb. Maraqlı və əyləncəli oyunları əhatə edən sektorlarda uşaqlar bacarıqlarını müxtəlif toplu oyunlarda nümayiş etdirib, komanda şəklində birincilik uğrunda mübarizə aparıblar. Festivalın sonunda iştirak edən hər bir uşağa təşkilatçılar tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

Əli Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: