Culfa rayon stadionu yenidən qurulur - FOTOLAR - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Culfa rayon mərkəzi stadionu müasir standartlara cavab verə biləcək şəkildə təmir olunur, ətrafındakı çəpərlər yenidən boyanır.

Həmçinin stadionun ətrafındakı bordürlər yenilənir, tamaşaçılar üçün nəzərdə tutulan səkilərə kilid daşları yenidən döşənilir. Uzunluğu 100 metr, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 80 nəfərlik oturacaqlar quraşdırılacaq. Bununla yanaşı, stadionun ərazisində voleybol, basketbol, mini futbol meydançası, ehtiyat oyunçular üçün kabinələr də inşa ediləcək. Eyni zamanda stadionun ərazisində sadə idman qurğuları quraşdırılacaq, qaçış və uzunluğa tullanma yarışlarının keçirilməsi üçün zolaq salınacaq.

Qeyd edək ki, stadionun suvarma sistemi yenidən bərpa olunur və su nasosları yeniləri ilə əvəzlənir. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: