2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular bəlli olub

A- A A+

2022-ci ildə indiyədək ən çox qol vuran futbolçular bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, siyahıya Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe başçılıq edir.

24 yaşlı forvard bu müddət ərzində həm klub, həm milli komanda ilə müxtəlif turnirlərdə 39 qola imza atıb.

İngiltərə "Mançester Siti"sində çıxış edən norveçli Erlinq Holann 37 qolla ikinci pillədə qərarlaşıb.

Braziliyanın "Fluminense" klubundan German Kano və İspaniya "Barselona"sından Robert Levandovski 34 qolla 3-4-cü yerləri bölüşdürürlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: