Ümumdünya Şahmat Olimpiadasının iştirakçıları Naxçıvanla tanış olurlar - VİDEO
16 yaşadək yeniyetmələr arasında keçirilən Ümumdünya Şahmat Olimpiadası iştirakçılarının Naxçıvanla tanışlığı da təşkil olunur. Qonaqlar bu gün Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışa baxıb, "Saat meydanı" turistik-istirahət mərkəzində olublar.
Naxçıvan televiziyasının əməkdaşları qonaqların gəzintisi ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mahmud Hüseynov