Azərbaycan idmançıları Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut və tamblinq gimnastikası üzrə açıq ölkə çempionatında uğurla çıxış ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda yığma komandamızın üzvləri, batutçular Maqsud Mahsudov və Selcan Mahsudova qızıl, Hüseyn Abbasov (batut gimnastikası) və Tofiq Əliyev (tamblinq) isə bürünc medala sahib olublar.