Ümumdünya Şahmat Olimpiadasında ikinci tura yekun vurulub

A- A A+

16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında ikinci turun oyunlarına yekun vurulub. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 23 ölkədən 200-ə yaxın şahmatçının iştirak etdiyi 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi ilə 9 turdan ibarətdir. 50 titullu şahmatçının mübarizə apardığı olimpiada da ölkəmiz 6 komanda- “Azərbaycan-1”, “Azərbaycan-2”, “Azərbaycan-3”, “Azərbaycan-4”, “Azərbaycan-Sumqayıt” və “Azərbaycan-Naxçıvan” ilə təmsil olunur. 

İkinci oyun günündə “Azərbaycan-Naxçıvan” komandası Misir komandası ilə üz-üzə gəlib. Şahmatçımız Hüseyn Seyid-Zyad Raouf Abdeli üstələyib. Sadiq Abbasov isə Omar Muhammed Mustafa ilə xalı yarı bölüb, Nazlı Hümbətova - Adham Fahmi və Zərifə Abbasova-Jana Tamer duelindən qalib ayrılan tərəflər də komandamızın üzvüləri olub. 3,5:0,5

 “Azərbaycan-1” komandası ikinci turda Qırğızıstan komandasına qalib gəlib. 3:1. “Azərbaycan-2” komandası isə “Özbəkistan-1” komandasını məğlub edib. 2,5:1.5

“Azərbaycan-3” komandası “Özbəkistan-2” komandasına məğlub olub. 4:0. “Azərbaycan-4” komandası isə CAR-2 komandasından üstün olmağı bacarıb. 3,5:0,5. Sonuncu komandamız olan “Azərbaycan Sumqayıt” komandası isə Kanada komandası ilə xalları yarı bölüb. 2:2 

Yarışın favorit komandası hesab edilən İran millisi ikinci turda “Türkiyə-Anatoliya” komandası ilə münasibətlərə aydınlıq gətirib. Nəticədə xalları yarı bölüblər. 2:2.

İkinci turda keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

Meksika- Hindistan-0,5:3,5

Monqolustan-“Türkiyə-Red”-1:3

Qazaxıstan-Moldova-3,5:0,5

Kuba-Banqladeş-3:1

Latviya-“Türkiyə-White”-0:4

“CAR-1”-“Gürcüstan-1”-0:3

Lebon- Sri-lanka- 2:2

Panama-Honk Kong 2.5:1.5

İngiltərə - “CAR-3”-2:2

Malayziya-“Gürcüstan-2”-4:0

Qeyd edək ki, olimpiadaya oktyabrın 10-da yekun vurulacaq. 

                                                                  Rəmzi Tahirli

                                                                 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: