Avropa Kuboku: Azərbaycan komandalarının növbəti görüş üçün heyətləri bəlli olub

A- A A+

Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandasının Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunları üçün heyətləri bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "Vüqar Həşimov" komandasında İsveçin "Stockholms" kollektivinə qarşı Kiril Şevçenko, Misrətdin İskəndərov, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Ülvi Sadıxov və Xəzər Babazadə mübarizə aparacaq.

"Odlar Yurdu"nda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gövhər Beydullayeva Ukraynanın "Blue & Yellow" klubuna qarşı çıxış edəcək.

Kişilər

II tur

"Vüqar Həşimov" - "Stockholms"

Kiril Şevçenko - Lars Hauge

Misrətdin İskəndərov - Can Ertan

Vüqar Əsədli - Erik Torn

Əhməd Əhmədzadə - Karl Sederstam

Ülvi Sadıxov - Nils-Qustam Rehman

Xəzər Babazadə - Felik Tuomainen

Qadınlar

"Blue & Yellow" - "Odlar Yurdu"

Natalya Buksa - Günay Məmmədzadə

İnna Qaponenko - Ülviyyə Fətəliyeva

Yevgeni Doluxanova - Xanım Balacayeva

Diana Tarleva - Gövhər Beydullayeva

Qeyd edək ki, "Vüqar Həşimov" komandası ilk turda İngiltərə "Şarks"ını, "Odlar Yurdu" isə Fransa "Filidor"unu məğlub edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: