Gənclər və idman naziri olimpiadada iştirak edən Naxçıvan şahmatçıları ilə görüşüb - FOTOLAR

A- A A+

Naxçıvanın ev sahibliyi ilə keçirilən 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadası davam edir. Ötən iki turun birində qələbə qazanan "Azərbaycan-Naxçıvan" komandası növbəti oyunlara köklənib. 

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı Naxçıvan şəhərindəki "Avtovağzal" hoteldə komandanın məşqçisi və idmançılarla görüşüb. Ölkəmizdə, eləcə də muxtar respublikada şahmata göstərilən yüksək dövlət qayğısından bəhs edən Ramil Hacı olimpiadanın Naxçıvan şahmatı və şahmatçıları üçün uğurlu olacağına inamını ifadə edib. Qeyd olunub ki, ölkə başçısı İlham Əliyevin və Ali Məclisin Sədri Vasif Talıbovun Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçlə görüşləri şahmata dövlət səviyyəsində verilən yüksək dəyərin ifadəsidir. Nüfuzlu yarışın nümunəvi təşkilatçılığı ictimaiyyətdə böyük maraqla qarşılanıb. Bütün bu və bu kimi amillər yerli şahmatçıların ruh yüksəkliyinə səbəb olan faktorlardır.

Nazir komandanın növbəti görüşlərə hazırlığı ilə maraqlanıb, iştirakçıların təəssüratlarını öyrənib. Baş məşqçi - qrossmeyster Urfan Sevdimaliyev səmimi görüşə və dəstəyə görə minnətdarlıq edib. Ramil Hacı komandanın hər üzvünə böyük ümidlər bəslənildiyini, nəticədən asılı olmayaraq yarış boyu qazanılan təcrübənin onların karyerasına fayda verəcəyini bildirərək şahmatçılara növbəti görüşlərdə uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: