Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

A- A A+

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandalar açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi yarışın rəsmi tviter hesabına istinadən xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.

Son 4 matçda qələbə qazanan "köhlən atlar" birinci pillədə göstərilib.

Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. "Köhlən atlar" keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olub.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 6-da UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: