Rumıniya – Danimarka oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

A- A A+

Futzal üzrə dünya çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov dünya çempionatının ilkin seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək Rumıniya – Danimarka oyununa təyinat alıblar.

Oktyabrın 6-da Rumıniyanın Targu Mures şəhərindəki “City Hall Arena”da baş tutacaq qarşılaşma 19:30-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: