Ümumdünya Şahmat Olimpiadasında üçüncü tura yekun vurulub

A- A A+

16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında üçüncü tura yekun vurulub. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu turda “Azərbaycan-Naxçıvan” komandası Moldova komandası ilə üz-üzə gəlib. Komandamızın heyətində Nazlı Hümbətova Savva Sustova, Rza Həsənli isə Stanislav Çebotariyə məğlub olub. Rəcəb Abdullabəyli isə Viktoriya Barqan üzərində parlaq qələbə qazanıb. Hüseyn Seyid Aleksandr Barançiusla görüşdə ağ-qara taxtanı qələbə ilə tərk edərək hesabı bərabərləşdirib – 2:2. Yarışın favoriti “Azərbaycan-1” komandası bu turda Kuba komandasını sınağa çəkib. Çətin keçən görüş komandamızın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. Eyni uğura “Azərbaycan-Sumqayıt” komandası da imza atıb. Onlar İgiltərə komandası ilə görüşdə aktivlərinə qələbə yazdırmağa müvəffəq olublar – 2,5:1,5. “Azərbaycan-2” komandası isə eyni hesabla Latviya yığmasını məğlub edib – 2,5:1,5. “Azərbaycan-3” və “Azərbaycan-4” komandaları bu turu heç-heçə ilə başa vurublar. Belə ki, birincilər CAR-3-lə, ikincilər isə Monqolustan komandası ilə görüşlərdə şahmat taxtasını “sülh”lə tərk ediblər. Liderlər cədvəlində qərarlaşan İran və Hindistan komandaları 3-cü turda xal itkisi ilə üzləşiblər. Qonşu ölkənin təmsilçiləri “Gürcüstan-1” komandası ilə oyunda heç-heçəyə razılaşıblar – 2:2. Tejas Bakrenin kapitanı olduğu hindistanlılar isə “Qazaxıstan” komandasına 1,5:2,5 hesabı ilə məğlub olublar. Bu turda Türkiyə komandaları qarşılaşıblar. “Türkiyə-White” komandası “Türkiyə-Anatolia” komandası ilə qarşı görüşdə məğlubiyyət olub. – 1:3. 

3-cü turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

"Türkiyə-Red" – "Özbəkistan-1"- 2,5:1,5 

"Özbəkistan-2" – Meksika- 3:1 

Qırğızıstan – Panama 3,5:0,5 

Banqladeş – Malaziya 1:3 

Şri-Lanka – "CAR-1"- 2,5:1,5 

Kanada – Livan 2,5:1,5 

Honk Honq – Misir 2:2 

Gürcüstan-2 – "CAR-2" 1:3

Qeyd edək ki, hazırda turnir cədvəlinə “Azərbaycan-1”, “Qazaxıstan” və “Türkiyə-Red” komandaları 6 xalla başçılıq edir. “Azərbaycan-Naxçıvan” komandası isə 3 xalla 17-ci pillədə qərarlaşıb.  

                                                                    Rəmzi Tahirli

                                                  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: