Futbol üzrə Azərbaycan I Divizionunun 6-cı turu çərçivəsində “Zirə-2” komandası “Araz-Naxçıvan”ı qəbul edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş “ASK Arena”da saat 13:00-da başlayacaq.
Xatırladaq ki, “Araz-Naxçıvan” klubu çempionatın ötən 5 turunun hamısında qələbə qazanaraq 15 xalla turnir cədvəlinə başçılıq edir. Naxçıvan təmsilçisi rəqib qapılarına 19 dəfə yol tapdığı halda öz qapısından cəmi 2 top buraxıb.
“Zirə-2” isə hazırkı nəticəyə əsasən çempionatın 9-cu pilləsində qərarlaşıb.