UEFA Avropa Liqası: Bu gün “Qarabağ” klubu Yunanıstanda “Olimpiakos”un qonağı olacaq

A- A A+

Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun üçüncü turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

Georgios Karaiskakis stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.

Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edəcək.

Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: