Oktyabrın 8-dən 17-dək Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa çempionatı keçiriləcək. Azərbaycan millisi yarışda 7 idmançı ilə təmsil olunacaq.
NUHÇIXAN xəbər verir ki, komandamızın baş məşqçisi Vaqif Kazımov qitə çempionatında Əli Zamanov (48 kq), Əzrək Bəbirov (54 kq), Eldar Babayev (60 kq), Elmir Novruzov (63 kq), Mehman Quliyev (70 kq), Murad Allahverdiyev (80 kq) və Əhməd Əhmədova (80 kq-dan yuxarı) şans verəcək.
Sumqayıtda təlim-məşq toplanışında olan yığmamız yarışa hazırlığı oktyabrın 7-də başa vuracaq. Boksçularımız həmin gün axşam saatlarında Rusiyaya yollanacaqlar.