Yunanıstanda "Olimpiakos"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu izləmək üçün stadiona gələn "Qarabağ" azarkeşləri hücuma məruz qalıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 20-yə yaxın tərəfdar yerli fanatların təzyiqi ilə üzləşib.
Yalnız polislərin müdaxiləsindən sonra azarkeşlərin təhlükəsizliyi təmin olunub. İnsidentin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilib.
"Qarabağ"ın məsələyə qarışmasından sonra isə tərəfdarlar daha təhlükəsiz sektora keçirilib.