“Olimpiakos” - “Qarabağ” matçında birinci hissə başa çatıb

A- A A+

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Olimpiakos” - “Qarabağ” oyununda birinci hissə başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, matçın 5-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Abdullah Zubir hesabı açsa da, VAR sisteminin müdaxiləsindən sonra Abdullah Zubirə ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub. Nəticədə referi qolu hesaba almayıb.

Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə qol vurulmayıb.

Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edir. Həmin oyunda da birinci hissəyə yekun vurulub – 0:0.

Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: