Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb

A- A A+

UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunlarında ən yaxşı qapıçı qurtarışları bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə yarışın rəsmi tviter hesabı paylaşım edib.

Siyahıda "Qarabağ"ın çərçivə qoruyucusu Şahruddin Məhəmmədəliyevin "seyv"i də yer alıb. 26 yaşlı qolkiper Yunanıstanda "Olimpiakos"a qarşı matçda Pep Bielin cərimə zərbəsindən fərqlənməsinə mane olub.

Qeyd edək ki, qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə bitib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: