16 yaşadək Ümumdünya Şahmat Olimpiadasında altıncı turun oyunlarına yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycan-Naxçıvan” komandası bu turda Banqladeş yığlması ilə üz-üzə gəlib. Fərdi görüşlərin heç birində məğlub olmayan və yalnız 1-ci turda heç-heçə edən Hüseyn Seyid Ferdusi Yannatulla oyunda da qələbəni təmin edib. Rza Həsənli Reja Manonla, Zərifə Abbasova isə Haq Sajidulla oyunda ağ-qara masanı məğlub tərk ediblər. Sadiq Abbasov Sadcid Mustafa Saklinlə görüşdən istədiyini ala bilməyib və komandamız 1:3 hesabı ilə məğlub olub. Ötən turu bir xalla başa vuran “Azərbaycan-1” komandası “Azərbaycan-4” komandası ilə görüşdə rəqibinə heç bir şans tanımayıb - 3:1. “Azərbaycan-3” komandası isə "CAR-1" komandası ilə görüşdə yalnız 0,5 xal toplaya bilib. Digər 3 görüşdə qalib gələn Afrika təmsilçisi ağ-qara taxtanı 3,5:0,5 hesablı qələbə ilə tərk edib. Latviya yığması ilə görüşdə “Azərbaycan-Sumqayıt” komandası məğlubiyyət yaşayıb - 1,5:2,5. 10-cu masada Malayziya yığması ilə üz-üzə gələn “Azərbaycan-2” komandası qələbə qazanıb – 2,5:1,5. Bu turda azarkeşlər iki lider komandanın görüşünü izləyib. “Türkiyə-Red” komandası Kuba yığması ilə qarşılaşıb. Çətin keçən oyunda qardaş ölkənin komandası qələbə qazanıb və liderliyini möhkəmlədib – 3:1. “İran” komandası “Qazaxıstan” komandası ilə üz-üzə gəlib. Son oyunda iranlıların ən reytinqli şahmatçısı Bardiya Daneşvarın Daniel Sapenov üzərində qalibiyyəti komandasına qələbə qazandırıb – 3:1. Heç kimin gözləmədiyi halda “Turkiyə-Anatolia” komandası “Özbəkistan-1” komandasına məğlub olub – 3,5:0,5. Hindistan yığması isə Monqolustan millisi ilə görüşün əvvəlində əldə etdiyi üstünlüyü sonadək davam etdirib və qalib gəlib - 3:1.
6-cı turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb.
"Qırğızıstan"–"Meksika" – 2,5:1,5
"Özbəkistan-2 "– "Türkiyə-White" – 3,5:0,5
"Moldova" – "Şri-Lanka" – 1,5:2,5
"Gürcüstan-1" – "İngiltərə" - 4:0
"CAR-2" – "Kanada "– 0,5:3,5
"Panama" –"Livan"– 2,5-1,5
"Honkonq" – "Gürcüstan-2" – 3:1
"Misir" – "CAR-3" – 1,5:2,5
Qeyd edək ki, hazırda turnir cədvəlinə 12 xalla “Türkiyə-Red” komandası başçılıq edir.
Rəmzi Tahirli