Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının üçüncü günündə daha iki cüdoçumuz mübarizəyə qoşulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün kişilər arasında 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucov və Hidayət Heydərov medal qazanmağa çalışacaq.
Qeyd edək ki, komandamızın aktivində hələlik medal yoxdur.