Türkiyə komandası Ümumdünya Şahmat Olimpiadasında liderliyini qoruyur

A- A A+

16 yaşadək Ümumdünya Şahmat Olimpiadasında yeddinci turun oyunlarına yekun vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycan-Naxçıvan” komandası bu turda Honkonq yığması ilə üz-üzə gəlib. Fərdi görüşlərin heç birində məğlub olmayan və yalnız 1-ci turda heç-heçə edən Hüseyn Seyid Cheng Justin Hong-Cehn ilə oyunda da qələbəni təmin edib. Rza Həsənli-Yiheng Li, Rəcəb Abdullabəyli-Ben Han Xuqain qarşılaşmasında isə təmsilçilərimiz ağ-qara masanı məğlub tərk ediblər. Komandamızın qız təmsilçisi Nazlı Hümbətova isə Liyun Lang ilə görüşdən qalib ayrılıb. Komandamız rəqiblə hesabı bərabərləşdirib. 2:2. Ötən turu qələbə ilə başa vuran “Azərbaycan-1” komandası Qazaxıstan komandası ilə görüşdə uğurunu təkrarlaya bilməyib. 1,5:2,5-. “Azərbaycan-3” komandası isə Gürcüstan-2 komandası ilə görüşdə rəqibinə şans tanımayıb. 4:0. “Azərbaycan-Sumqayıt” komandası isə "CAR-2" komandası ilə görüşdən məğlub ayrılan tərəf olub. 3:1. Meksika yığması ilə üz-üzə gələn “Azərbaycan-2” komandası rəqiblə xalları yarı bölüb 2:2. Digər bir təmsilçimiz “Azərbaycan-4” komandası isə "Gürcüstan-1" komandası ilə hesabı bərabərləşdirib. 2:2.

Bu tur azarkeşlər iki lider komandanın görüşünü izləyib. “Türkiyə-Red” komandası növbəti dəfə İran yığması ilə qarşılaşıb. Çətin keçən oyunda qardaş ölkənin komandası qələbə qazanıb və liderliyini möhkəmlədib. 3:1. 7-ci turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

"Hindistan" — “Özbəkistan-1” - 1,5:2,5

“Özbəkistan -2” — "Kuba" - 3:1

“Türkiyə-Anatolia” — "Qırğızıstan" - 2:2

"Moldova" — "Monqolustan" - 2,5:1,5

"Banqladeş" — "Latviya" - 3:1

"CAR-1" — "Panama" - 2,5-1,5

"CAR-3" — "Malayziya" - 0,5-3,5

"Kanada" – "Türkiyə-White" - 1,5:2,5

"İngiltərə" — "Şri-Lanka" - 2,5:1,5

"Livan" — "Misir" - 3,5-0,5

Qeyd edək ki, oktyabrın 10-da yekun vurulacaq olimpiadada 23 ölkədən 34 komanda mübarizə aparır.

                                                                   Rəmzi Tahirli

                                                     

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: