NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 16 yaşadək Ümumdünya Şahmat Olimpiadası başa çatır.
8-ci turdan sonra artıq çempion olan komandanın da adı məlumdur. Belə ki, son turda "Özbəkistan-2" komandasını 4:0 hesabı ilə məğlub edən "Türkiyə-Red" komandası çempionluğunu rəsmiləşdirib.
Bu tur "Azərbaycan-Naxçıvan” komandası Livan yığması ilə qarşılaşıb. Görüş "sülh"lə başa çatıb - 2:2.
"Azərbaycan-1" komandası İran yığması ilə çətin görüşdən qalib ayrılıb - 2,5:1,5.
8-ci turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb.
"Özbəkistan-1" - "Qazaxıstan"- 2:5:1,5
"Qırğızıstan" - "Hindistan" - 0:4
"Kuba" - "Moldova" - 3:1
"Türkiyə-Anatolia" - "Azərbaycan-4" - 2,5:1,5
"Gürcüstan-1" - "Banqladeş" - 3:1
"Türkiye-White" - "Monqolustan" - 2:2
"Azərbaycan-2" - "İngiltərə" - 3,5:0,5
"Meksika" - "CAR-1" - 2:2
"Latviya" - "Honkonq" - 3:1
"Malayziya" - "Kanada" - 0,5:3,5
"Şri-Lanka" - "CAR-2" - 3:1
"Azərbaycan-3" - "Panama" - 2,5:1,5
"Gürcüstan-2" - "CAR-3" - 0:4
"Misir" - "Azəbaycan- Sumqayıt" - 0,5:3,5.