Kriştiano Ronaldo klub karyerası ərzində 700-cü qolunu vurub

A- A A+

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo klub karyerası ərzində 700-cü qolunu vurub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 37 yaşlı hücumçu buna İngiltərə Premyer Liqasının 10-cu turunda “Everton”la görüşdə (2:1) imza atıb. Ronaldonun 700 qol vurması üçün 20 il 2 gün lazım olub.

Portuqaliyalı forvard 700 qoldan 450-ni "Real"da, 144-nü "Mançester Ynayted"də, 101-ni "Yuventus"da, 5-ni isə "Sportinq"də vurub.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin yayından Mançester təmsilçisinin formasını geyinir. O, 2003-2006-cı illərdə də bu komandada oynayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: