“Atletiko” klubu Antuan Qrizmannı birdəfəlik transfer edib

A- A A+

“Atletiko” klubu “Barselona”dan icarəyə götürdüyü Antuan Qrizmannı birdəfəlik transfer edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Otuz bir yaşlı hücumçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb. Madrid təmsilçisi keçidə görə 20+4 milyon avro ödəyəcək.

Qeyd edək ki, Qrizmann 2021-ci ilin yayından icarə əsasında “Atletiko”da oynayır. O, 2014-2019-cu illərdə də bu komandanın formasını geyinib. Fransalı oyunçu 2019-cu ildə 120 milyon avroya "Barselona"ya transfer olunmuşdu. Qrizmann bu mövsüm “Atletiko”nun heyətində 11 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: