Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

A- A A+

Azərbaycanın sonuncu cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/16 final mərhələsində İsveçrə təmsilçisi Daniel Eyxlə üz-üzə gələcək.

İndiyədək dünya çempionatında Azərbaycanın 10 cüdoçusundan yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: