Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün kişilər arasında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev ilk mərhələdə Daniel Eiçi (İsveçrə), növbəti qarşılaşmalarda Nurluxan Şarxan (Qazaxıstan) və dörddəbir finalda ikiqat dünya çempionu Xorxe Fonsekanı (Portuqaliya) məğlub edərək yarımfinala yüksəlib. Cüdoçumuz yarımfinalda Kayl Reyeslə (Kanada) mübarizə aparacaq.
Qeyd edək ki, hələlik komandamızın aktivində 1 medal var. Belə ki, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.