Futbol üzrə Azərbaycan I Divizionunun VII turu çərçivəsində “Araz-Naxçıvan” “Turan Tovuz-2”ni qəbul edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, futbolsevərlərin maraqla gözlədiyi qarşılaşma Naxçıvan Muxtar Respublika Stadionunda saat 16:30-da başlayacaq.
Xatırladaq ki, “Araz-Naxçıvan” klubu çempionatın ötən 6 turunda maksimum nəticə göstərərək 18 xalla turnir cədvəlinin lideridir. Naxçıvan təmsilçisi rəqib qapılarından 20 qol keçirdiyi halda, öz qapısından 2 top buraxıb.
“Qırmızı-ağlar”ın bu turdakı rəqibi Tovuz təmsilçisi isə I Divizionda keçirdiyi 5 oyundan 4 qələbə, bir məğlubiyyətlə ayrılıb. “Turan Tovuz-2” hazırkı nəticəyə əsasən çempionatda 2-ci sırada qərarlaşıb.