“Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarılıb

A- A A+

“Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, buna qonaq komandanın azarkeşlərinin matça gəlməməsi səbəb olub.

Klublar arasında əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılıb. Biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında, Iticket.az-ın satış məntəqələrində (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu "Qarabağ" - "Olimpiakos" görüşü bu gün saat 20:45-də başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: