Sabah Monteneqroda boks üzrə Avropa çempionatı start götürəcək

A- A A+

Oktyabrın 14-də Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək.

Azərbaycan Boks Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, doqquz gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Budvada ölkəmizin idman şərəfini Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (51 kq), Zeynəb Rəhimova (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (80 kq) qoruyacaqlar.

Qeyd edək ki, Avropa çempionatının püşkü bu gün atılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: